Rusiyanın “Luna-25” kosmik gəmisi Ayın orbitinə girib

20:38 16 Avqust 2023

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada ölkənin 1976-cı ildən Aya göndərdiyi ilk kosmik gəmi olan "Luna-25"in fəaliyyətləri ilə bağlı məlumatlar yer alıb.

Sitat.info xəbər verir ki, "Luna-25"in Yerin təbii peyki Ayın orbitinə girdiyinə diqqət çəkən açıqlamada kosmik gəmidəki bütün sistemlərin normal işlədiyi qeyd edilib.

“Luna-25” avqustun 11-də Moskvadan 5500 kilometr şərqdə yerləşən “Vostochnıy” kosmodromundan “Soyuz 2.1b” raketi ilə buraxılıb.

Təxminən 1 il müddətində Ayda araşdırma aparacaq “Luna-25” kosmik şüaların və elektromaqnit emissiyalarının Ay səthinə təsirlərini araşdıracaq, eyni zamanda su axtarışlarını həyata keçirəcək.



Xəbər xətti