Ukrayna: NATO-ya qarşı hər hansı güzəşt Rusiya üçün mükafat olacaq

21:53 16 Avqust 2023

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina ölkəsinin NATO-ya üzvlüyü ilə bağlı istənilən güzəştin Rusiya üçün mükafat olacağını deyib.

Sitat.info xəbər verir ki, Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina NATO-nun baş katibinin ofisinin direktoru Stian Yenssenin “Ukrayna üçün mümkün həll yolu öz ərazisindən imtina etmək və əvəzində NATO-ya üzv olmaqdır” bəyanatına reaksiya verib.

Stefanişina deyib: “Ukraynanın NATO üzvlüyünə hər hansı güzəşt Avropada müharibəyə başlayan Rusiya üçün mükafat olacaq. Bu, yalnız terror və şantajın davam etməsinə təkan verəcək”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti