Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlayıb

22:00 16 Avqust 2023

Litva hökuməti avqustun 18-dən Belarusla Tverecius və Sumskas sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəlib.

Sitat.info xəbər verir ki, Litva Milli Radio və Televiziyasının (LRT) məlumatına görə, sərhədlərin tamamilə bağlanması ilə bağlı təfərrüatlar Polşada müzakirə olunacaq.

Xəbərlərdə açıqlamaları olan Litvanın daxili işlər naziri Aqne Bilotaite Baltikyanı ölkələr və Polşanın Belarusla sərhədlərini tamamilə bağlamaq imkanlarını müzakirə etdiklərini və avqustun 28-də detalların dəqiqləşdiriləcəyini bildirib.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti