BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələri: Livan-İsrail sərhədindəki gərginlikdən narahatıq

23:09 16 Avqust 2023

Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) bildirib ki, son aylar Livan və İsrail arasında sərhəddə yaranan gərginlik narahatlıq doğurur.

Sitat.info xəbər verir ki, UNIFIL-dən verilən açıqlamaya görə, UNIFIL-in komandiri general Aroldo Lazaro Livanın cənubundakı UNIFIL qərargahında İsrail və Livan ordusu rəsmiləri ilə "üçlü" hərbi görüş keçirib.

Açıqlamada qeyd olunub ki, UNIFIL-in nəzarətində olan və İsrail ilə Livan arasındakı "Mavi Xətt" sərhədində hava və qurudan edilən pozuntular müzakirə edilib.

Bəyanatda general Lazaronın İsrail və Livan arasında gərginliyə səbəb olan sərhəddə baş verən pozuntulardan dərin narahat olduğu bildirilib və Lazaro tərəfləri koordinasiya mexanizminə əməl etməyə və birtərəfli hərəkətlərdən əl çəkməyə çağırıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti