“Kia” ofisini Rusiyadan bu türk ölkəsinə köçürür

12:28 17 Avqust 2023

Koreyanın “Kia” avtomobillərinin Rusiyadakı rəsmi ixracatçısı ofisini Qazaxıstana köçürür.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiyaya tədarüklərlə “Kia Rusiya və MDB” ASC məşğul olurdu. Amma 2023-cü ilin 26 iyununda Astanada “Kia Rusiya və MDB Qazaxıstan Respublikasında” ASC qeydiyyata alınıb.

Məlumata görə, artıq əməliyyat fəaliyyətinin bir hissəsi Qazaxıstana köçürülüb. Yeni şirkət yerli avtomobil istehsalına və qonşu bazarlarda satışa diqqət yetirəcək.



Xəbər xətti