Türkiyədə bir həftə ərzində 67 terrorçu zərərsizləşdirilib

13:48 17 Avqust 2023

Türkiyədə son bir həftədə 67 terrorçu zərərsizləşdirilib. Bir il ərzində zərərsizləşdirilən terrorçuların sayı 1062 olub. 2015-ci ildən bəri zərərsizləşdirilən terrorçuların ümumi sayı 38 405 nəfər olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Terror təşkilatları PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ başda olmaqla ölkəyə və millətə qarşı hər cür təhdid və təhlükəyə qarşı əməliyyatların fasiləsiz davam etdiyini bildirən Zeki Aktürk deyib: “Son bir həftədə 67 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı bu il 1062-yə, 24 iyul 2015-ci ildən isə 38 min 405-ə çatıb".

Aktürk, müvəffəqiyyətlə həyata keçirilən Pəncə-Qıfıl Əməliyyatı çərçivəsində bölgədə çoxlu və müxtəlif növ sursatın ələ keçirildiyini və təsbit edilən 3 anbarda təxminən 100 min AK-47 sursatının olduğunu bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti