İspaniyanın Tenerife adasındakı meşə yanğınında 1800 hektar ərazi məhv olub, bölgəyə 14 yanğınsöndürmə təyyarəsi, 1 hidroplan, 250 yanğınsöndürən və hərbçi göndərilib.
Sitat.info xəbər verir ki, İspaniyanın Kanar adalarında Tenerife adasının şimal-şərqindəki təbiət parkında çərşənbə axşamı başlayan meşə yanğını böyüyür.
Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo Tenerifenin paytaxtı Santa Kruzda keçirdiyi mətbuat konfransında yanğının nəzarətdən çıxdığını bildirib.
"Məqsədimiz yanğının yayılmasının qarşısını almaq və yerli əhalinin evlərini qorumaqdır", - Klavixo deyib.
Seymur Bənnayev
Sitat.info