Ukrayna taxıla çıxış yolu axtarır: Çin gəmisi ilə Rusiya blokadasını yarmaq əməliyyatı

13:58 17 Avqust 2023

Rusiyanın iyulun 17-də taxıl dəhlizi sazişindən çıxmasından sonra Qara dənizdə birtərəfli humanitar dəhliz elan edən Ukrayna ilk dəfə gəmini yola salıb. Gəminin Rusiyaya yaxın olan Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsindən olması diqqət çəkib.

Sitat.info xəbər verir ki, Ukrayna müharibəsinin kölgəsində Rusiyanın Qara dənizi demək olar ki, tamamilə bağlamasına dünyanın reaksiyaları artarkən, Ukrayna rəhbərliyi Çinin Honq-Konq bayraqlı ticarət gəmisi ilə Rusiya donanmasının blokadasını yarmaq cəhdinə başlayıb.

2022-ci il fevralın 24-də müharibə başlayandan bəri Ukraynanın Odessa limanında qapalı qalan “Joseph Schulte” konteyner gəmisi dünən səhər saatlarında limanı tərk edərək Boğaziçi istiqamətində yola düşüb. Gəmi Rusiyanın yoxlama zonasından insidentsiz keçərsə, Ukrayna limanlarında gözləyən 60 ticarət gəmisinin yolu açılacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti