Rusiya Dövlət Dumasının İqtisadi siyasət Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycanı təhdid edib.
O, “News1” kanalında çıxışı zamanı ölkəmizi aqressiyada günahlandırıb və buna qarşı sərt addımlar atmağı zəruri hesab edib.
Deputat hətta Azərbaycan neft sənayesinə zərbə endirilmə ehtimalını dilə gətirib.