Rusiya: “Ukraynaya məxsus sursatla dolu qatar vuruldu”

19:17 17 Avqust 2023

Rusiya Müdafiə Nazirliyi Dnepr bölgəsindəki Mejevaya qatar stansiyasında Ukrayna ordusuna məxsus döyüş sursatı ilə dolu qatarın partladıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Zaliznyanskoye, Staromikhailovka və Krasnoqorovka Dnepr bölgələrindəki Mejevaya stansiyasında Ukrayna ordusuna məxsus döyüş sursatı ilə dolu qatar Donetsk istiqamətində raketlə vurulub.

Ukraynanın Donetsk istiqamətində 310 əsgəri, 1 tankı, 3 zirehli döyüş maşını, 9 motorlu maşını və bir "D-20" haubitsasını itirdiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti