Gürcüstanın Avropa İttifaqına üzvlük məsələsinin müzakirəsinə başlanılıb

13:08 29 Mart 2022

Avropa İttifaqı (Aİ) Gürcüstanın təşkilata üzvlüyə namizəd statusu alması ilə bağlı müraciətini qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasında məsələnin müzakirəsinə başlanılıb.

XİN başçısı qeyd edib ki, növbəti addım Gürcüstana sorğunun göndərilməsi olacaq: “Bu gün bu sənədi nə vaxt əldə edəcəyimizi dəqiq söyləyə bilmərik. Müxtəlif ölkələr üzrə sorğunun həcmi müxtəlifdir. Min və yaxud daha çox sual ola bilər. Sorğuya siyasi, iqtisadi, sosial və demokratikləşdirməyə dair suallar daxildir”.

D.Zalkaliani deyib ki, Xarici İşlər Nazirliyi prosesi maksimum effektiv etmək üçün fəaliyyət planı hazırlamağa başlayıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb.

 

 



Xəbər xətti