Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı G7 bəyannaməsinə daha üç ölkə qoşulub. Estoniya, Latviya və Litva da G7 (Böyük Yeddilik) ölkələrinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannaməsinə qoşulub.
Sitat.info xəbər verir ki, bu barədə Baltikyanı ölkələrin baş nazirləri - Litva, Latviya və Estoniya hökumət başçıları - İnqrid Simonyte, Krisjanis Karins və Kaja Kallasın bu gün yaydığı birgə bəyanatda deyilir.
Litva hökumətinin saytında yerləşdirilən xəbərə görə, üç ölkənin hökumət rəhbərləri bu bəyanatda öz ölkələrinin azadlığını, müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qəhrəmancasına müdafiə edən Ukrayna xalqına və hökumətinə güclü dəstək verəcəklərini və həmrəy olduqlarını ifadə ediblər.
Ayna,
Sitat.info