Kanar adalarında yanğın: 5 kənd boşaldılıb

21:01 17 Avqust 2023

İspaniyanın cənub-qərbindəki Kanar adalarından biri olan Tenerifedə yaşayış məntəqələrini təhdid edən meşə yanğını səbəbindən 5 kənd boşaldılıb.

Sitat.info xəbər verir ki, “The İndependent” qəzetinin yazdığına görə, Tenerife adasında baş verən yanğının söndürülməsi və risk altında olanların təxliyəsi üçün işlər davam edir.

Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo mətbuat konfransında deyib: "Yanğın nəzarətdən çıxıb. Vəziyyət çox müsbət görünmür".

Klavixo yanğında 1800 hektar ərazinin kül olduğunu, söndürmə işlərinə 200-dən çox personalın, 13 təyyarə və helikopterin cəlb edildiyini bildirib.

Bildirilib ki, yanğın təhlükəsi olan Arrate, Çivisaya, Media Montana, Ajafona və Las Laqunetas kəndləri ehtiyat tədbiri olaraq boşaldılıb, həmçinin adanın şimal bölgələrində dağlara gedən yollar müvəqqəti bağlanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti