Putinin sirrlərini bilən keçmiş mühafizəçisi həbsxanada müəmmalı şəkildə öldü

21:16 17 Avqust 2023

Kremlin keçmiş cangüdəni, rüşvətxorluğa görə 10 il azadlıqdan məhrum edilən Gennadi Lopırev həbsxanada dünyasını dəyişib.

Sitat.info xəbər verir ki, bir müddət əvvəl vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edən Lopırevin Putinin sirlərini bildiyi iddia edilib.
Kremlin yüksək rütbəli keçmiş mühafizəçisi Gennadi Lopırev naməlum xəstəlikdən həbsxanada ölüb. Sonradan bu xəstəliyin leykoz olduğu iddia edildi.

Lopyrev vəzifəsinə görə Putinin bir çox sirlərinə bələd idi. İctimai Nəzarət Komissiyasından Viktor Boborikin 2017-ci ildə həbs cəzasını çəkməzdən əvvəl Federal Mühafizə Xidmətinin general-leytenantı Gennadi Lopırevin ölümünün təbii səbəblərdən olduğunu açıqlayıb.

General Lopırev 2017-ci ildə rüşvət almaqda və qanunsuz silah-sursat saxlamaqda ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq o, ittihamları rədd edib. Federal Mühafizə Xidmətində xidmət edərkən Putin üçün tikildiyi iddia edilən Qara dəniz sahilindəki qayalıqdakı Gelendjik sarayının tikintisinə şəxsən nəzarət edən Lopırev, Putinin Soçidəki rəsmi iqamətgahı Boçarov Ruçeyə də cavabdeh idi. Lopırevin hər iki binanın bütün detallarını bildiyi bildirilir. Gelendjik sarayının dövlət pulu ilə tikildiyi də iddia edilib.

Mediada 69 yaşlı Lopırevin səhhətində problem olmadığı və vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət etməyi planlaşdırdığı iddia edilib.

Lopırevin zəhərlənərək öldürüldüyü də iddia edilir.

Nərgiz,

Sitat.info



Xəbər xətti