Maui fövqəladə halların idarə olunması agentliyinin sədri Herman Andaya ABŞ-ın Havay ştatında meşə yanğınları ilə bağlı səhlənkarlıq iddialarından sonra istefa verib.
Sitat.info xəbər verir ki, Havayda 111 nəfərin həyatını itirdiyi yanğınlarla əlaqədar fəlakət xəbərdarlığı sirenlərinin işləməməsi və elektrik dirəklərinin fəaliyyətinin dayandırılması kimi səhlənkarlıq iddiaları ilə gündəmə gələn nazir Andayanın istefa verdiyi bildirilib.
Maui Bölgəsi rəsmiləri Facebook'da, Andayanın sağlamlıq səbəblərini əsas gətirərək istefasının Maui Bələdiyyə Başçısı Riçard Bissen tərəfində qəbul edildiyini qeyd edib.
Seymur Bənnayev
Sitat.info