Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - Foto

12:00 18 Avqust 2023

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub.

Sitat.info xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.

Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.

R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.



Xəbər xətti