Pentaqonda təcavüz skandalı: Hərbi məktəblərdə baş verənlərlə bağlı həyəcan siqnalı çalındı

12:14 18 Avqust 2023

Pentaqonun avqustun 17-də dərc olunan hesabatında hərbi akademiyalarda cinsi zorakılıq və təcavüz hallarının artması müzakirə olunub.

Sitat.info  xəbər verir ki, məruzədə hadisələrin qarşısının alınması üçün hərtərəfli islahatların, bir çox təkliflərin, o cümlədən tələbə liderlərinin hazırlanmasının vacibliyi vurğulanıb.
 
Hərbi məktəb şagirdlərinin üzləşdiyi problemlərin səbəbləri, şagirdlərin kurikulumda öyrəndikləri ilə müəllimlərindən gördükləri arasındakı ziddiyyətə də hesabatda yer alıb.
 
Məruzədə şagirdlərin adətən məktəbdən kənarda stress, zorakılıq və digər bu kimi gündəlik problemlərdən danışdıqları qeyd edilib və bu problemlərin dərslərdə də həll olunması təklif edilib.

Hesabatda həmçinin, Hərbi Hava Qüvvələri Akademiyasına yenicə daxil olmuş tələbələrin pis rəftar və zorakılığa məruz qaldığı da qeyd edilib.

Pentaqonun yüksək rütbəli rəsmisi Elizabet Foster bildirib ki, hərbi akademiyaların güclü proqramları olsa da, məktəblərdəki qeyri-sağlam idarəetmə üslubları bu proqramların effektivliyini aşağı salıb.
 
Hər 5 qız şagirddən 1-i cinsi təcavüzə məruz qalır

Mart ayında Pentaqon 2021-2022 təhsil dövründə hava, quru və dəniz hərbi məktəblərində cinsi qısnama halları ilə bağlı hesabat hazırlamışdı.

Sözügedən hesabatda hərbi məktəblərdə hər 5 qız şagirddən birinin cinsi təcavüz qurbanı olduğu və hücumların bir əvvəlki tədris ilinə nisbətən 18 faiz artdığı ortaya çıxdı.

Kursantların adlarını yazmadan qatıldığı sorğunun nəticələrinin də yer aldığı hesabatda "hər növ cinsi təcavüzün" artdığı, bunun ən böyük səbəbinin isə "spirt" olduğu vurğulanıb. 

Sui-istifadə hallarının artması ilə əlaqədar Müdafiə Naziri Lloyd Ostin Merilenddəki ABŞ Dəniz Akademiyasında, Koloradodakı Hərbi Hava Qüvvələri Akademiyasında və West Point, Nyu-Yorkdakı ABŞ Hərbi Akademiyasında problemləri araşdırmaq və həll yollarını müəyyən etmək üçün yerində araşdırmalar aparılmasını əmr edib.

Hərbi akademiyaların "cinsi təcavüzü dayandırmaq üçün çox işi aparımasının lazım olduğunu" qəbul edən Austin, hücum və təcavüz hallarının artmasının "narahatedici və qəbuledilməz" olduğunu söylədi.

Məğrur,

Sitat.info



Xəbər xətti