Türkiyə Ukrayna üçün yeni hərbi gəmi inşa edir

12:31 18 Avqust 2023

Türkiyə Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Ada” tipli korvet inşa edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib.

Məlumata görə, gəminin inşası İstanbuldakı tərsanələrdən birində aparılır.

Bildirilib ki, bu, Türkiyənin Ukrayna Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi ikinci korvetdir.



Xəbər xətti