ABŞ hökumət rəsmisi Rusiyaya qarşı müdafiədə istifadə edilmək üçün Ukraynaya F-16 təyyarələrinin göndərilməsinə icazə verdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, rəsmilər Danimarka və Hollandiya üzərindən həyata keçiriləcək daşıma üçün bu iki ölkədə keçirilən pilot təlimlərinin tamamlanmasını gözlədiklərini bildiriblər.
Ukrayna ABŞ istehsalı olan F-16-ları ölkəyə gətirilməsi üçün fəal cəhdlər edib. Danimarka və Hollandiya ukraynalı pilotlara F-16 qırıcıları öyrətmək üçün Avropa koalisiyasına rəhbərlik edir. Nəhayət, iki ölkə Vaşinqtondan təyyarələrin göndərilməsi ilə bağlı təminat istəyib.
Vaşinqton Danimarka və Hollandiyanı əmin edib ki, pilotların təlimi başa çatdıqdan sonra F-16-nın transfer tələblərini yerinə yetirmək üçün lazım olan təsdiqləmə prosesləri sürətləndiriləcək.
ABŞ dövlət katibi Entoni Blinken Hollandiya və Danimarka tərəflərinə məktubunda yazıb: “Mən ABŞ-ın həm F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə, həm də ukraynalı pilotların ixtisaslı F-16 təlimatçıları tərəfindən öyrədilməsinə dəstəyini ifadə etmək üçün yazıram. Beynəlxalq agentlik məlumat yayıb.. “Ukraynanın Rusiyanın davamlı təcavüzünə və suveren hüquqlarının pozulmasına qarşı təkbaşına özünü müdafiəsi ilə bağlı vəziyyət kritik olaraq qalır”, - Blinken məktubda bildirib. Blinken bildirib ki, “üçüncü tərəflərin müraciətlərinə” razılıq Ukraynaya pilotların hazırlığı başa çatan kimi yeni əldə edilmiş imkanlardan istifadə etmək imkanı verəcək.
“Hürriyət”də yer alan xəbərə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İhnat milli kanalda F-16-ların qarşıdan gələn payız və qış aylarında istifadə edilə bilməyəcəyini açıqlayıb.
“Biz bu təyyarələrə böyük ümidlər bəsləyirdik, onlar bizim hava hücumundan müdafiə sistemimizin bir hissəsi olacaq, bizi Rusiyanın raketlərindən və pilotsuz uçuş aparatlarından qoruyacaqlar”, - deyə İhnat bildirib.
Nərgiz,
Sitat.info