Havayda meşə yanğınlarına qarşı mübarizə davam edərkən, ABŞ prezidenti Baydenin çimərlik tətilini uzatması amerikalıları qəzəbləndirib.
Sitat.info xəbər verir ki, "Fox News" televiziyasının əməkdaşları və amerikalılar ABŞ prezidenti Co Baydenin Havayda meşə yanğınları zamanı tətilini sərt tənqid ediblər.
"Dağıdıcı alovların bütün bir şəhəri viran qoymasından təxminən bir həftə keçdi. Havayda ölülər sayılarkən, Bayden Delaverdə çimərlikdə gəzir. O, bir neçə saat şezlonqda dincəlib", - "Fox News" aparıcısı deyib.
Seymur Bənnayev
Sitat.info