Kadırovun oğlu Quranı yandıran şəxsi döydü

12:47 18 Avqust 2023

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiyada Quranı yandırmaqda şübhəli bilinən və hazırda Qroznıdakı istintaq təcridxanasında saxlanılan Nikita Juraveli döyüb.

Sitat.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov deyib.

“O, əsl vətənpərvərlik nümunəsi göstərdi və dinimizi və müqəddəslərimizi qorumağa çalışdı. Adam Kadırov onu sağ buraxmaqla humanistlik göstərib”, - Delimxanov bildirib.



Xəbər xətti