"Qalatasaray" Mahir Emrelini istəyir - Bu məbləğ təklif olunur

11:30 28 Yanvar 2022

Azərbaycan millisinin futbolçusu Mahir Emreli daha bir Türkiyə klubunun maraq dairəsinə düşüb.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasaray” 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyir.

İstanbul klubu Polşa “Legiya”sı ilə problemi olan futbolçunun transferində maraqlıdır. “Qalatasaray” digər Türkiyə təmsilçiləri “Başakşəhər”lə “Sivasspor”un da heyətinə qatmaq istədiyi Mahiri azad agent kimi sıralarında görmək niyyətindədir.

Menecerlər hücumçunu Super Liqa komandalarına klubsuz oyunçu kimi təqdim edirlər. Havayı futbolçu almaq onlar üçün şirnikləndirinci olsa da, Emreli müqavilə ilə “Legiya”ya məxsusdur. Polşa klubu “Sivasspor”un 400 min, “Başakşəhər”in 750 min avroluq təklifi qarşısında da oyunçunu satmağa razılıq verməyib.

Qeyd edək ki, Mahirin “Legiya” ilə anlaşması 2024-cü ilin yayında bitəcək.

 



Xəbər xətti