Taxıl sazişindən sonra ilk gəmi İstanbula daxil oldu

14:23 18 Avqust 2023

Taxıl sazişi dayandırıldıqdan sonra Ukraynanın ilk ticarət gəmisi İstanbul boğazına daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məlumata görə, “Jozef Şult” adlı konteyner gəmisi Qara dənizdən boğaza daxil olub. Gəmi İstanbul yaxınlığındakı Ambarlı limanında lövbər salacaq.

Qeyd edək ki, 18 iyul tarixindən Rusiya Qara Dəniz Taxıl Təşəbbüsündən çıxdığını elan edib.



Xəbər xətti