Rusiya Federal Kosmik Agentliyi “Luna-25” stansiyasının Ay səthinin ilk fotoşəkilini çəkdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi açıqlamada, Ayın orbitinə çıxmağa davam edən "Luna-25" avtomatik stansiyasının STS-L kameraları ilə Ay səthinin ilk fotoşəkillərini çəkdiyi açıqlanıb.
“Bu gün Moskva vaxtı ilə saat 08:23-də çəkilmiş şəkildə Ayın arxasındakı cənub qütb krateri Zeeman görünür. Krater mərkəzinin koordinatları 75 dərəcə cənub eninə və 135 dərəcə qərb uzunluğuna uyğundur", - açıqlamada deyilib.
Açıqlamada, həmçinin dünyadan görünməyən Zeeman kraterinin Ay səthində bənzərsiz bir obyekt olduğu və tədqiqatçılar tərəfindən böyük marağa səbəb olduğu, krater ətrafındakı yüksəkliyin isə 8 kilometr yüksəkliyə çatdığı bildirilib.
Seymur Bənnayev
Sitat.info