Rusiya erməni blogeri axtarışa verdi

15:42 18 Avqust 2023

Rusiya Daxili İşlər Nazirliyi erməni videobloger Karen Şainyan barəsində axtarış elan edib.

Sitat.info xəbər verir ki, bu barədə nazirliyin axtarılanlar bazasından məlumat yerləşdirilib.

“Axtarışın əsası Cinayət Məcəlləsinin maddələrindən biridir”, - Şainyanla bağlı qeyddə bildirilib.

Erməni blogerin hansı maddə ilə ittiham olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Şainyan iyul ayında “Rosinformmonitorinq”in terrorçu və ekstremistlər siyahısına daxil edilib.

//Axar.az



Xəbər xətti