Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı bazasının Mi-8MTB-5 və Ka-52 helikopterlərinin heyətləri dağlıq ərazidə təlimlərə başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsindən məlumat verilib.
“Pilotlar dağlıq əraziyə qrup uçuşlar həyata keçirib, orada bir sıra təlimlər, o cümlədən helikopterin hazırlıqsız yerə endirilməsi kimi hərəkətlər həyata keçiriblər”, - məlumatda bildirilib.
Təlimlərə bazanın 130 hərbi qulluqçusu, 25 texnika, o cümlədən Mi-8MTB-5 və Ka-52 helikopterləri cəlb olunub.