Hollandiya Müdafiə Nazirliyi, ABŞ-ın Hollandiyaya F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılmasına icazə verdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Hollandiyanın müdafiə naziri Kajsa Ollonqren çatdırılma təsdiqini əvvəllər Twitter kimi tanınan X sosial media platforması vasitəsilə açıqlayıb.
"Biz ABŞ-ın F-16 qırıcılarının Ukraynaya təhvil verilməsinə razılıq verməsini alqışlayırıq. Bu, bizə ukraynalı pilotların təlimini tamamlamağa imkan verir", - deyən Ollonqren növbəti addımlar üçün avropalı tərəfdaşları ilə əlaqə saxladıqlarını bildirib.
Seymur Bənnayev
Sitat.info