Almaniyada həyat iflic oldu: Nürnberqi su basdı

20:04 18 Avqust 2023

Almaniyada əvvəlki gün Frankfurtda təsirli olan şiddətli fırtına və yağış dünən axşam saatlarında Nürnberq və Berlində selə səbəb olub. Güclü yağış xüsusilə Nürnberqdə həyatı iflic edib. Avtomobildə sıxılmış vəziyyətdə qalanlar yanğınsöndürənlər tərəfindən xilas edilib.

Sitat.info xəbər verir ki, şəhərin Şvaynau rayonunda küçəni su basıb. Bu küçədə dayanmış avtomobillərin hamısı su altında qalıb.

İki körpəsi olan ailə son anda özünü xilas edə bilib. Yanğınsöndürənlər və xilasetmə qrupları qayıqları və su basmış avtomobilləri tək-tək yoxlayıb, qapalı vəziyyətdə qalanların olub-olmadığını yoxlayıb.

Sel xüsusilə köhnə şəhər və şəhər mərkəzinin Steinbuhl bölgəsinə təsir edib. Yanğınsöndürmə briqadasına axşam saatlarına qədər xəsarət alanlar barədə məlumat daxil olmayıb. Transformator stansiyalarının nasazlığı səbəbindən şəhərin bir çox yerlərində elektrik enerjisi kəsilib. 9-a yaxın metro stansiyası su ilə dolub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti