İsveçdə İraq əsilli Salvan Momika Stokholmdakı İran səfirliyi qarşısında Qurana hücum edib, ayaqlarını İran prezidenti İbrahim Rəisinin şəkli və İran bayrağı ilə silib. Digər tərəfdən yandırılmış Qurani-Kərimi söndürməyə çalışan qadın polis tərəfindən nəzarətə götürülüb.
Sitat.info xəbər verir ki, geniş polis mühafizəsi müşayiəti ilə Stokholmdakı İran səfirliyinin qarşısına gələn Momika ətrafdakıların reaksiyasına baxmayaraq Quranın üstünə çıxıb. Ayaqlarını İran bayrağına və İran prezidenti İbrahim Rəisinin şəklinə silən Momika daha sonra Qurani-Kərimi, liderin şəklini, İran və İraq bayraqlarını yandırıb.
Salvan Najem adlı İraq vətəndaşı Momikaya kömək edib.
Seymur Bənnayev
Sitat.info