ABŞ: İlkin şərt olmadan Şimali Koreya ilə danışıqlara hazırıq

21:36 18 Avqust 2023

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın Şimali Koreya ilə Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair ilkin şərtlər olmadan danışıqlara hazır olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Kyodo News"a müsahibəsində Şimali Koreyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı qeyd-şərtsiz danışıqlara müsbət cavab vermədiyini, lakin təklifin hələ də qüvvədə olduğunu bildirib.

“Biz Şimali Koreya ilə ilkin şərt olmadan oturub danışıqlara hazırıq”, - Kirbi deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti