Rusiya 54 Britaniya vətəndaşının ölkəyə girişini qadağan edib

22:50 18 Avqust 2023

Rusiya Xarici İşlər Nazirliyi bürokratlar, "BBC", "The Guardian" və "The Daily Telegraph" qəzetlərinin jurnalistləri də daxil olmaqla 54 Britaniya vətəndaşına ölkəyə giriş qadağası qoyub.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərə hökumətinin Rusiyaya qarşı “düşmən münasibəti” ilə bağlı tədbirlərin görüldüyü bildirilib.

Bu kontekstdə Ukraynaya kasset bombalarının çatdırılmasına cavabdeh olduğu bildirilən Böyük Britaniya müdafiə nazirinin müavini Annabel Qoldinin Rusiyaya girişinə qadağa qoyulduğu qeyd edilən açıqlamda Rusiya prezidenti Vladimir Putin haqqında həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın da sanksiya siyahısına salındığı bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti