Avropada orta və kəskin temperatur xəbərdarlığı

23:14 18 Avqust 2023

Ümumdünya Meteorologiya Təşkilatının sözçüsü Kler Nullis yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada orta və kəskin temperatur xəbərdarlığının verildiyini bildirib.

Sitat.info xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının sözçüsü Kler Nullis Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında bu yay bütün dünyada təsirli olan ekstremal təbiət hadisələri ilə bağlı qiymətləndirmələr edib.

İyulun tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladan Nullis deyib: "Növbəti bir neçə gün ərzində İsveçrə, Fransa və Polşa da daxil olmaqla Avropada orta və şiddətli temperatur xəbərdarlığı edilib. Sabahdan etibarən İsveçrənin əksər bölgələri isti hava dalğasının təsiri altında olacaq".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti