Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Qafqazda və dünyada gedən ciddi geosiyasi proseslər barədə Report-un suallarını cavablandırıb.
Sitat.info xəbər verir ki, jurnalistin “xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?” sualına keçmiş nazirin cavabı maraq doğurub.
Belə ki, o, gülərək, indi daha çox jurnalistlərlə dostluq etdiyini, onların suallarını cavablandırdığını bildirib. Keçmiş nazir bəzən Lavrovla danışıdığını da deyib:
“Bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq”