Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir.
Sitat.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter paylaşımında bildirib.
Hacıyev qeyd edib ki, Frans-24 (France24) agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində "Frans Press Agentliyi" (Agence France-Presse -AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, Frans-24 həmin şəkli “erməniləşdirib”.
“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - Hikmət Hacıyev vurğulayıb.