Temperatur rekordlarının qırıldığı şimal yarımkürəsində meşə yanğınlarına qarşı mübarizə davam edir. İspaniyada minlərlə insan təxliyə edilərkən, alovların Yunanıstanın Aleksandrupoli şəhərinə çatmaması üçün tədbirlər görülür.
Sitat.info xəbər verir ki, bu yay şimal yarımkürəsində temperatur rekordları qırılıb. Bir çox ölkələrdə meşə yanğınları ilə mübarizə davam edir. Son olaraq İspaniyanın turistik Kanar adalarından biri olan Tenerifedə həftənin əvvəlindən başlayan yanğınlar səbəbilə 10 yaşayış məntəqəsindən cəmi 12 min insan təxliyə edilib. 70 km-ə yayılan və 8400 hektardan çox ərazini yandıran alov adanın üzərində qalın tüstü təbəqəsi yaradıb. Hakimiyyət insanları evlərini tərk etməməyə çağırıb. Kanar Adaları Muxtar Administrasiyasının prezidenti Fernando Klavixo təxliyyələrin davam edəcəyini açıqlayıb. 500 nəfərlik bir qrup və 23 yanğınsöndürmə təyyarəsi yanğınlara müdaxilə edir, bu günə qədər yalnız 20 faiz yanğın nəzarət altına alınıb.
Seymur Bənnayev
Sitat.info