Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyaya qaşrı birləşir...

13:18 21 Avqust 2023

Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramı səbəbindən Koreya yarımadasında təhlükəsizlik problemi artarkən, ABŞ və Cənubi Koreyadan müdafiə yönündə kritik addım atıldı.
Sitat.info xəbər verir ki, ABŞ və Cənubi Koreyanın birgə təşkil etdiyi kompüter simulyasiyaları, mülki müdafiə təlimlərini əhatə edən Ulchi Azadlıq Qalxanı Təlimi bu gün başlayıb.

Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, 11 gün davam edəcək təlim çərçivəsində hərtərəfli müharibə ssenarisi çərçivəsində 30 fərqli səhra təliminin keçiriləcəyi öyrənilib.
Təlimdə Cənubi Koreya və ABŞ hərbçiləri ilə yanaşı, Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin və Taylanddan olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Komandanlığına bağlı hərbçilər də iştirak edəcək.
Cənubi Koreya prezidenti Yoon Suk  ABŞ-da keçirilən üçtərəfli ABŞ-Yaponiya-Cənubi Koreya liderlərinin sammitinə toxunub. O deyib ki, Şimali Koreyanın təxribatları və təhdidləri nə qədər çox olarsa, Cənubi Koreyanın təsiri də bir o qədər çox olar. Koreya, ABŞ və Yaponiya - bu ölkələr  arasında üçtərəfli təhlükəsizlik əməkdaşlığı nə qədər güclü olacaq. Bu üçtərəfli əməkdaşlıq Şimali Koreyanın təxribat riskini azaldacaq və təhlükəsizliyimizi daha da gücləndirəcək", - Yun deyib.

Səid,

Sitat.info

 



Xəbər xətti