Ukrayna prezidenti Zelenski Hollandiya ilə təmaslarından sonra Danimarkaya gedib və baş nazir Mette Frederiksen ilə birgə mətbuat konfransı keçirib.
Sitat.info xəbər verir ki, Zelenski Danimarkanın Ukraynaya 19 ədəd F-16 verəcəyini təsdiqləyib.
Qeyd edək ki, Hollandiyanın cəmi 42 ədəd F-16 təyyarəsi var.
Zelenski rəsmi Telegram hesabında verdiyi açıqlamada yazıb: “Mən komandamla Danimarka Kral Hərbi Hava Qüvvələrinin Skrydstrup aviabazasını ziyarət etdim. Əla xəbərimiz var. Ukrayna üçün 19 F-16.
F-16-larda təlim keçmiş ukraynalı kişi və qadınlarla danışdım. Mette Frederiksen və onun komandası ilə müsahibələrimiz oldu. Biz daha çox nəticə əldə etmək üçün əlimizdən gələni edirik. Bu gün biz xüsusi olaraq təhsil missiyalarının genişləndirilməsi məsələsinə toxunmuşuq. Biz təhsili sürətləndirmək üçün hər cür səy göstəririk. Hörmətli baş nazirə, Danimarka hökumətinə və bütün Danimarka xalqına təşəkkür etmək istəyirəm”.
Nərgiz,
Sitat.info