Ukraynanın zərbələri Rusiyada panikaya səbəb oldu

14:39 21 Avqust 2023

Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarının arxa cəbhəsinə endirdiyi zərbələr Rusiyanın informasiya məkanında narazılıq və narahatlıq yaradır.

 Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub.

“Ukrayna ordusunun zərbələri Rusiyada hərbi komandanlığın tənqidinə səbəb olur. Bu cür hücumlar Ukraynadakı rus qoşunlarının əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə pisləşdirir və bu, rusların müdafiəsinin ümumi sabitliyinə təhlükə yarada bilər”, - hesabatda bildirilib.

 



Xəbər xətti