Havay adalarında baş verən yanğında “möcüzəvi ev" niyə zərər görməyib?

17:19 21 Avqust 2023

Havayda bir çox binanı məhv edən yanğınlardan sağ çıxan “möcüzəvi ev” diqqət çəkib.

Sitat.info xəbər verir ki, Havayda baş verən yanğınlar indiyədək 114 nəfərin həyatına son qoyub, 2700-dən çox tikili zədələnib və ya tamamilə dağılıb.

Maui adasında ciddi zərər görən şəhərlərdən biri olan Lahainada bir ev diqqət çəkib. Çünki sözügedən ev sahil zolağında toxunulmaz qalan yeganə tikilidir.

Evin sahibi Millikin cütlüyü "LA Times"a verdiyi açıqlamada, əslində yüzdə 100 ağacdan ibarət olan evdə bir müddət əvvəl bəzi dəyişikliklər etdiklərini söyləyib.

Cütlük dam örtüyünə metal material əlavə edib və zərərvericilərdən qorunmaq üçün evin ətrafındakı yaşıllıqları kəsiblər. Bundan əlavə, evin ətrafına daşlar düzülüb.

İlk başda yanğına davamlılığı nəzərə alınmaqla edilməmiş bu dəyişikliklər strukturun qorunmasını təmin edib.

Yerli sakinlər Millikin cütlüyünün evini “möcüzəvi ev” adlandırıblar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti