İsveçrədə Urmiya gölü ilə bağlı aksiya keçiriləcək

17:59 21 Avqust 2023

İsveçrədə yaşayan azərbaycanlılar Urmiya gölü ətrafında baş verən ekoloji fəlakətə diqqət çəkmək məqsədilə Bern şəhərində aksiya keçirəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə İsveçrədə yaşayan güneyli fəallar məlumat yayıblar.

Bildirilib ki, aksiya avqustun 29-da yerli vaxtla saat 17:00-dan 18:30-a kimi Bern şəhərinin Kasino Platez meydanında keçiriləcək.



Xəbər xətti