Sudanın paytaxtı Xartumun bəzi məhəllələrində və ölkənin cənubunda Ubeyd və qərbdə Nyala şəhərlərində ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında qarşıdurmalar davam edir.
Sitat.info xəbər verir ki, hadisə şahidləri ÇDQ-nın paytaxt Xartumda ordunun nəzarətində olan Zirehli Bölmə qərargahına top mərmiləri ilə hücum etdiyini, ordunun hücumu dəf etmək üçün döyüş təyyarələrindən istifadə etdiyini bildirib.
Şahidlərin sözlərinə görə, Xartumun Nuzha, Uşra, Cəbra və Lamab məhəllələrində qarşıdurmalar gedir.
Paytaxtın qərbində yerləşən Umdurman şəhəri də şiddətli toqquşmalara səhnədir.
Xartumdakı əl-Kadaru düşərgəsi yaxınlığında yerləşən Bəhri şəhərinin məhəllələri iki gün dalbadal ÇDQ tərəfindən intensiv bombardmana məruz qalır.
Ölkənin cənubundakı Şimali Kürdufan əyalətinin mərkəzi olan Ubeyd şəhərində tərəflər arasında qarşıdurma baş verib.
Cənubi Darfur əyalətinin qərbindəki Nyala şəhərində münaqişə zəminində ailələr köç etməkdə davam edir.
Seymur Bənnayev
Sitat.info