Fransada 4 ölgə qırmızı həyəcan vəziyyətinə gətirilib

19:20 21 Avqust 2023

Fransada son günlər həddindən artıq istilər səbəbiylə 4 bölgə qırmızı həyəcan vəziyyətinə keçəcək.

Sitat.info xəbər verir ki, Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə həddindən artıq istilərə görə narıncı xəbərdarlıq verilən 50 bölgədən 4-nün qırmızı həyəcan vəziyyətinə gətiriləcəyini açıqlayıb.

Bu vəziyyətdə temperaturun artmasının təsirli olduğunu bildirən fransız nazir sözügedən qərarın Rhone, Drome, Ardeche və Haute-Luara bölgələrini əhatə etdiyini bildirib.

Son zamanlar ölkədə müşahidə olunan yüksək temperaturla əlaqədar 50 rayonda narıncı təhlükə elan edilib.

Fransa Meteorologiya İdarəsi bu ərazilərdə yanğın təhlükəsi barədə xəbərdarlıq edib.

Fransa hökuməti həmçinin Paris, Lion və Marsel şəhərləri də daxil olmaqla, temperaturun təsirli olduğu bölgələrdəki qatar stansiyalarında pulsuz su xidmətinə başladığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti