Yunanıstanın Aleksandrupoli şəhərində meşə yanğını 3 gündür ki, söndürülmür. Yanğın türklərin sıx yaşadığı bəzi kəndlərə də keçib. 24 saat ərzində 13 yaşayış məntəqəsi boşaldılıb.
Sitat.info xəbər verir ki, Afinanın şimal-qərbindəki Viotiya əyalətində aqromeşə sahəsində yanğın baş verib.
Yanğın əsasən türklərin yaşadığı Böyük Müsellim, Çepelli, Susurköy, Narlıköy və Kozlardərə kəndlərinə də keçib. Yaşayış məntəqələri boşaldılıb.
Bir kənd üçün evakuasiya əmrindən sonra heyvanlarını xilas etmək istəyən bir şəxs ölüb.
Rodop əyalətində yanğının söndürülməsi səylərinə 3 təyyarə də dəstək verir.
Seymur Bənnayev
Sitat.info