Çində "COVID-19" hallarında "Eris" variantı üstünlük təşkil edir

23:00 21 Avqust 2023

"COVID-19"un "Eris" adlı "EG.5" variantının səbəb olduğu hallar Çində proporsional şəkildə geniş yayılıb.

Sitat.info xəbər verir ki, Çin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi açıqlamaya görə, Erisdən gələn xəstələr aprel ayında ölkədəki ümumi xəstələr 0,6 faizini təşkil edərkən, avqustda bu nisbət 71,6 faizə yüksəlib.

ÇXNQAM rəsmiləri, "Eris" variantının Çinin əksər bölgə və əyalətlərində üstünlük təşkil etdiyini və bu tendensiyanın davam edəcəyini söyləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti