İsrail qüvvələri 47 fələstinlini saxlayıb

13:08 22 Avqust 2023

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 47 fələstinlini nəzarətə götürüb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri Ramallah başda olmaqla İordan çayının qərb sahilinin müxtəlif bölgələrində geniş miqyaslı nəzarət əməliyyatları həyata keçirib.

Ramallahın şimal-qərbindəki bir qəsəbəyə edilən basqın zamanı 16 fələstinli saxlanılıb.

İsrail qüvvələri Hebronda 12, Kalkiyada 6, Nablusda 5, Cenində 4, Tulkərəmdə 3, Selfitdə bir fələstinlini nəzarətə götürüb.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə evlərə tez-tez basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti