Kiyev əcnəbi müxbirlərə cəbhəyə getməyi qadağan etdi

14:34 22 Avqust 2023

Ukrayna xarici jurnalistlərin cəbhə xəttinə getməsini demək olar ki, tamamilə qadağan edib.

Sitat.info xəbər verir ki, bu barədə “Temps” nəşri məlumat yayıb.

“Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnıdan yazılı icazə almadıqları təqdirdə xarici jurnalistlərə cəbhə xəttinə yollanmaq tamamilə qadağan edilib. Bu qərar xarici jurnalistlər arasında ciddi narazılıqlara səbəb olub. Qadağa əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq olunub”, - nəşr bildirib.



Xəbər xətti