İrəvan sanksiya istəyir - Ermənistanın Ukrayna müharibəsinə qoşulması...

10:30 30 Mart 2022

Belarusa qarşı sanksiyalar tətbiq edilirsə, Ermənistana qarşı da adekvat addımlar atılmalıdır

Ermənistan öz döyüş təyyarələrini və pilotlarını rus ordusunun tərəfində döyüşmək üçün Ukraynaya göndərib. “Haber Global”in əldə etdiyi kəşfiyyat məlumatlarına görə, martın 25-də Ermənistandan havaya qalxan 4 ədəd “Su-30” tipli 4 döyüş təyyarəsi Ukraynada istifadə olunmaq üçün Rusiyaya gedib.

Üstəlik, Rusiya istehsalı olan qırıcıları xüsusi təlim keçmiş erməni pilotlar istifadə edirlər. Ermənistan bu addımı ilə Ukraynadakı işğala ortaq oldu və müharibənin tərəfinə çevrildi.

İndi Qərbin İrəvana reaksiyası maraq doğurur. Çünki Rusiya Ukraynanı işğal etdiyi üçün görünməmiş iqtisadi sanksiyalara məruz qaldı, Qərb ölkələri tərəfindən təcrid olundu. Çinə Rusiya ordusuna silah tədarük edərsə, “bədəlini ödəyərsən” xəbərdarlığı edilib. İndi Rusiyaya hərbi dəstək verən Ermənistana da sanksiyalar tətbiq edilib-edilməyəcəyi, ya da xəbərdarlıq gəlib-gəlməyəcəyi maraq doğurur.

Hikmət Babaoğlu: Azərbaycan iqtisadiyyatı yeni regional mərkəzlərin  yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hikmət Babaoğlu

YAP-çı deputat Hikmət Babaoğlunun bu istiqamətdəki fikirləri maraq doğurur: “Ermənistan nəinki daima işğalçılığı dəstəkləyib, hətta özü 16 ay bundan əvvələ qədər işğalçı dövlət idi. Ona görə də Ermənistan Müdafiə Nazirliyinin döyüş təyyarələrinin Ukraynada döyüş tapşırıqları yerinə yetirməsi hərbi cinayətdir. Başqa ölkəyə təcavüzdür və bu hüquqi məsuliyyət yaradır. Ona görə də bu fakt dünya ictimaiyyətinin və müvafiq ixtisaslaşmış beynəlxalq təşkilatların diqqətindən kənarda qalmamalı, dərhal Ermənistana sanksiyaların tətbiq edilməsi məsələsi gündəmə gətirilməlidir. Əgər Ukraynada xüsusi əməliyyatlar keçirən Rusiya Federasiyasına, eyni zamanda ona bu və ya digər səviyyədə dəstək verən Belarusa qarşı sanksiyalar tətbiq edilirsə, faktiki olaraq eyni hərəkətləri edən Ermənistana qarşı da adekvat addımlar atılmalıdır. Ədalətli olardı ki, Ermənistana qarşı cəza tədbirlərinin görülməsi təşəbbüsü ilə ilk növbədə Fransa çıxış etsin. Çünki Rusiyaya qarşı sanksiyaların tətbiq və təşviq edilməsində Fransa ən öndə gedən ölkələrdən biridir. Belə olan halda nəyə görə elə Ermənistana da ilk sanksiyaları Fransa tətbiq etməsin? Axı Rusiya nə edirsə, elə onun eynisini də Ermənistan edir. Əks təqdirdə, ehtimal olunan NATO-Rusiya savaşında bir gün Fransa və Ermənistan qırıcıları üz-üzə gələ bilər. Ona görə də dərhal Ermənistanın dövlət terroru və işğalçı hərəkətləri ilə bağlı tədbir görülməlidir”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

 Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Ermənistana sanksiyaların tətbiq edilməyəcəyini qeyd etdi: “Qərbin Ermənistanla bağlı mövqeyi həmişə riyakar olub. Bu işğalçı dövləti qınamaq onların işi deyil, çətin edərlər. Ermənistan siyasi rəhbərliyi Qərbin, hərbisi isə Rusiyanın nəzarətindədir. Qərb və Rusiya bir-birini sevməz, amma Türkiyədən də ehtiyat edərlər. Ona görə Ermənistana sanksiya gözləmirəm. Rusiya ilə birgə hərəkət edən dövlətin də özləri üçün əhəmiyyətinə baxarlar. Əgər Qərbə lazımdırsa, hərlədib fırladıb sanksiya etməzlər. Bir də siz bir-iki il gözləyin. Rusiyaya qarşı Qərb ittifaqı öz içində çat verəcək”.

Akif Nağı — Vikipediya

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qərbin anormal qərarlarına toxundu: “Qərbin Ermənistana xüsusi münasibəti var. 30 illik işğal dövrdə buna şahid olduq. Onların törətdikləri bütün cinayətləri, o cümlədən İkinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə qarşı ən qəddar hərəkətlərini də görməzdən gəldilər. Əksinə, onların yalanlarına inanıb Azərbaycanı olmayan cinayətlərdə ittiham etməyə çalışdılar. Ona görə indi də Ermənistanın Rusiya tərəfindən hərbi əməliyyatlarda iştirakına adekvat yanaşacaqlarına ümid azdır. Ermənistan rəhbərliyi yaranmış vəziyyətdən istifadə etməyə, Qarabağda Rusiyanın açıq dəstəyinə nail olmağa çalışır. Ona görə də tam şəkildə Rusiyanın farvaterində gedir. Rusiyanı incidəcək addımdan çəkinir. Hərbi təyyarələrin döyüşə göndərilməsi də həmin mövqeyə uyğun addımdır. Düzdür, ermənilər təkzib edir, məlumatın həqiqətə uyğun olmadığını iddia edirlər. Hər halda, bu fakt baş verib, Qərb isə heç bir reaksiya vermədi. Amma ola bilər ki, az vaxtdan sonra faktı dəqiqləşdirib Ermənistana da sanksiya tətbiq etsinlər. Normalda belə olmalıdır. Amma Qərbin anormal qərarlarını da çox görmüşük”.



Xəbər xətti