ABŞ-da odlu silahdan uşaq ölümləri ilə bağlı 2021-ci il məlumatlarını araşdıran hesabata görə, odlu silahla bağlı uşaq ölümlərində əvvəlki ilə nisbətən 8,8 faiz artım var.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki. sözügedən dövrdə 4752 uşaq odlu silahdan dünyasını dəyişib.
Həmçinin məlum olub ki, 2018-ci ildən 2021-ci ilə qədər odlu silahdan uşaq ölümləri 41,6% artıb.
2021-ci ildə odlu silah nəticəsində həyatını itirən uşaqların 84,8 faizi oğlanlardır; 49,9 faizi qaradərili, 82,6 faizi isə 15-19 yaş arasında olub.
Odlu silahların uşaq ölümlərinin əsas səbəbi olaraq qaldığını vurğulayan araşdırmanın təfərrüatları “Pediatrics” jurnalında dərc olunub.
Ayna,
Sitat.info