General Sergey Surovikin Rusiya Aerokosmik Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılıb.
Sitat.info xəbər verir ki, bu barədə "Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov Teleqram kanalında yazıb.
General “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.
Məlumata görə, S.Surovikin Rusiya Müdafiə Nazirliyinin sərəncamında qalıb.