Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər proseslərin dinamikası və Kiyevlə Moskva arasındakı danışıqların son durumu barədə fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin Rusiya ilə Çin arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair razılığa gəliblər.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Çində səfərdədir. O, sabah, martın 31-də Əfqanıstanla qonşu olan ölkələrin xarici işlər nazirlərinin üçüncü konfransında iştirak edəcək.